COVID-19-a qarşı vaksinasiya dayandırılıb? - RƏSMİ AÇIQLAMA

Ölkədə COVID-19-a qarşı kütləvi vaksinasiya mərhələsi başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlikdən o da qeyd edilib ki, bu proses əsasən əvvəlki illərdə həyata keçirilib:
"Hazırda əhalinin böyük hissəsində koronavirusa qarşı immunitet formalaşdığından, COVID-19 infeksiyası mövsümi respirator viruslar səviyyəsində qiymətləndirilir.
Eyni zamanda, əhali arasında profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə vaksinasiya kampaniyasına start verilib. Bu məqsədlə Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan, təhlükəsizliyi və keyfiyyəti beynəlxalq standartlara cavab verən vaksin preparatları ölkəyə gətirilib.
Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır".
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










