Banner

“Cybertruck” avtomobili ilə qeydə alınan - İlk qəza

Xəbərlər 30 Dekabr 2023 14:19 Oxunub 658
“Cybertruck”  avtomobili ilə qeydə alınan - İlk qəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son həftələrdə rəsmi olaraq satışa çıxarılan “Tesla Cybertruck” ABŞ yollarında görünməyə başlayıb. Lakin bu yeni avtomobil ilə ilk qəza hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Kaliforniyadaqeydə alınıb. Belə ki, “Toyota Corolla” markalı avtomobil yeni istehsal olunan pikapla toqquşub.

Naməlum səbəbdən yoldan çıxan 17 yaşlı “Corolla” sürücüsü yenidən magistral yola çıxmaq istəyərkən “Cybertruck”a çırpılıb.

Məlumata görə, “Cybertruck”da olan üç nəfər yüngül xəsarət alıb. Toqquşma zamanı “Cybertruck”un avtonom xüsusiyyətlərinin işə düşmədiyini də vurğulamaq lazımdır.

Hadisə yerindən çəkilən fotolarda “Corolla”nın ön hissəsinə ciddi ziyan dəydiyi əks olunub. “Cybertruck” isə təhlükəsizlik yastıqları açılsa da, böyük təsirə məruz qalmamış kimi görünür. Lakin fotoda görünməyən avtomobilin yan tərəfinə dəyən ziyanın miqyası bəlli deyil.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh