Dağıstanda milyarder İbrahim Süleymanovun azı üç şəriki saxlanıldı

Dağıstanda qətl planı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı, milyarder İbrahim Süleymanovun azı üç şəriki saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"Müstəntiqlər tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Süleymanovun azı üç tərəfdaşı saxlanılıb", - deyə məlumatda bildirilib.
Həmin şəxslərin 2021-ci ildə qətlə cəhd hadisəsində iştirak etdikləri bildirilir. İstintaqın versiyasına görə, qətl cəhdi məhz İbrahim Süleymanovun göstərişi ilə həyata keçirilib. Lakin cinayət başa çatdırıla bilməyib və qurban sağ qalıb.
Xatırladaq ki, İbrahim Süleymanov iki qətldə və bir qətlə cəhddə ittiham olunur. Hazırkı ittihamlar sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.
Baş nazirdən yeni QƏRAR
Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü
Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - FOTOLAR
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ








