Daha 4 itkin şəhidimiz dəfn olunacaq - SİYAHI
Xəbərlər
18 Sentyabr 2024 10:21
Oxunub 534

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid sentyabrın 20-si dəfn olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məmmədov Mübariz İlyas oğlu Nizami rayonunun Keşlə qəsəbəsinin, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhərinin, Rüstəmov Tərlan Kamal oğlu Qaradağ rayonu Lökbatan qəsəbəsinin, Qəhrəmanov Bilal Qəhrəman oğlu isə Gədəbəy rayonunun Şəhidlər xiyabanında dəfn olunacaqlar.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













