Daha bir maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsində yoxlama keçirilib.
Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt yanğın su hovuzu və avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;
- çənlər arasındakı boru xətləri düzgün quraşdırılmayıb, qəza zamanı məhsulun bir çəndən digərinə nasoslarla vurulması imkanı təmin edilməyib;
- obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb və ilkin yanğınsöndürmə vasitələri atmosfer yağıntılarından qorunmaq üçün günlük altında, xüsusi yerlərdə quraşdırılmayıb;
- ölçü lyukunun qapağının altı lyukun bağlanması zamanı qığılcımın əmələ gəlməsinə qarşı alüminium, qurğuşun, yaxud polimerdən hazırlanmış araqatı ilə təmin edilməyib;
- obyektin giriş-çıxış qapısının çıxış istiqamətində sərbəst şəkildə açılması təmin edilməyib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










