“Daha Rüstəmlər ölməsin...” - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev avqustun 30-u Kürdəmirdə ağır qəzada vəfat edən 26 yaşlı Rüstəm İsmiyevlə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, E.Hacıyev Rüstəmin atası Şahin İsmiyevin gənclərə çağırışını yayıb.
Belə ki, Ş.İsmiyev daha öncə E.Hacıyevin qəza ilə bağlı paylaşımına rəy bildirib.
Şərhdə bu sözlər qeyd olunub: “Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə, adrenalin?! Bir az da geridə qalanları, valideynləri düşünün”.
Bu şərhdən sonra isə Elşad Hacıyev sosial şəbəkə hesabında çağırış edib: “Təskinliyi olmayan atadan çağırış... Avtomobil qəzasında oğlu Rüstəmi itirən ata - Şahin İsmiyev gənclərə çağırış edib. Övlad itkisi ən ağır sınaqdır. Rüstəmi itirən ata Şahin İsmiyevin kədərini bölüşür, ailəsinə Allahdan səbir diləyirik. Daha Rüstəmlər ölməsin”.
Qeyd edək ki, R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











