Banner

Daşkəsəndə 18 yaşlı oğlan 54 yaşlı qonşusunu QƏTLƏ YETİRDİ

Xəbərlər 16 Avqust 2023 15:18 Oxunub 522
Daşkəsəndə 18 yaşlı oğlan 54 yaşlı qonşusunu QƏTLƏ YETİRDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Qeyd edək ki, onlar qonşu olublar. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh