Banner

Daşkəsəndə təhlükə yaradan yanacaqsaxlama çəni - FOTO - VİDEO

Xəbərlər 14 İyun 2024 10:49 Oxunub 1028
Daşkəsəndə təhlükə yaradan yanacaqsaxlama çəni  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daşkəsən rayonunda yanacaqsaxlama çəninin istismarı dayandırılıb. Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Gurbulaq kəndində yerləşən yanacaqsaxlama çənində növbədənkənar yoxlama aparılıb, insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, istismar olunan bir ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı, boşalma zamanı avtoçənin ümumi torpaqlama konturuna birləşdirmə vasitəsinin olmadığı müəyyənləşib.

Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq yanacaqsaxlama çəninin istismarı dayandırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh