Banner

Daşkəsəndə uçqun nəticəsində bağlanan yolda son vəziyyət - YENİLƏNİB + VİDEO

Xəbərlər 5 Sentyabr 2022 12:49 Oxunub 834
Daşkəsəndə uçqun nəticəsində bağlanan yolda son vəziyyət - YENİLƏNİB + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daşkəsən rayonunun Mollahəsənli kəndində dəmir filizi qazıntıları zamanı baş verən uçqun səbəbindən bağlanan yol nəzarətə götürülüb.

Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, hazırda yolun açılması istiqamətində işlər davam etdirilir:

“Bunun üçün əraziyə mədən tərəfindən texnikalar da cəlb edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun açılması istiqamətində aparılan işlər nəzarət altında saxlanılır. Çalışılır ki, qısa müddət ərzində yolda hərəkət bərpa olunsun. Hərəkət bərpa olunan kimi ictimaiyyətə bu barədə məlumat veriləcək”.

11:28

***

Daşkəsəndə rayonunda Mollasami kəndinin yolu bağlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

İddiaya görə, rayonda dəmir filizi qazıntıları zamanı ucqun yaranaraq yol bağalanıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirib ki, hadisənin baş verməsindən xəbərdardır: "Hazırda mədən tərəfindən yolun açılması üçün işlər aparılır".

baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh