Banner

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTO

Xəbərlər 23 Oktyabr 2023 22:06
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İctimai Şuranın sədri Əliməmməd Nuriyev iclası açaraq, gündəliyə daxil edilən məsələlərlə bağlı Şura üzvlərinə məlumat verib.

İclasda “İctimai Şuranın 2023-2025 ci illər üçün Fəaliyyət Planının layihəsininin müzakirəsi və qəbulu”, “8 noyabr Zəfər Günü münasibəti ilə baglı şəhid ailələrinin ziyarət edilməsi” və cari məsələlərə baxılıb.

Şuranın sədri Əliməmməd Nuriyev Fəaliyyət Planı ilə bağlı Şura üzvlərinə məlumat verib. Daha sonra Fəaliyyət Planına dair Şura üzvlərinin fikir və təklifləri dinlənilib. Aparılan geniş müzakirələr zamanı bütün təkliflər dəyərləndirilməsi aparılaraq, nəzərə alınıb və DİN yanında İctimai Şuranın 2023-2025 ci illər üçün Fəaliyyət Planı qəbul edilib.

İctimai Şura üzvləri eyni zamanda 8 noyabr – Zəfər günü münasibəti ilə baglı şəhid və qazi polislərin ailələrinin ziyarət olunması ilə bağlı qərar qəbul edib.

Daha sonra cari məsələlər müzakirə edilib.

İclasda Daxili İşlər nazirinin məsul əməkdaşı, polis polkovniki Ramiz Əlişanov iştirak edib.

Oxunub 1144
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh