DƏHŞƏTLİ OLAY: Ata doğma oğlunu güllələyib hadisə yerindən qaçdı - FOTO

Xəbərlər 4 Aprel 2021 00:36 Oxunub 944
DƏHŞƏTLİ OLAY:  Ata doğma oğlunu güllələyib hadisə yerindən qaçdı   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə ailədaxili münaqişə zəmnində odlu silaha əl atılıb.

Publika.az xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.

Bildirilir ki, 63 yaşlı atayla 38 yaşlı oğul arasında səbəbi bilinməyən məsələ üstündə mübahisə baş verib. Mübahisə böyüyərək sonu qanla bitən davaya çevrilib. Belə ki, ata Ayhan oğlu Mustafaya pompalı tüfənglə atəş açaraq hadisə yerindən qaçıb.

Bədəninin müxtəlif nahiyələrinə isabət edən güllə yaraları səbəbindən yerə yıxılan Mustafanı hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları xilas edib.

Keçirilən əməliyyatla hüquq mühafizə orqanlarının işçiləri qatil atanı qısa zamanda yaxalaya biliblər.

Hazırda faktla bağlı araşdırma davam edir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh