Dəmir yolu xətlərinə 37 dəfə kənar əşya qoyulub - VİDEO
Xəbərlər
29 Oktyabr 2025 13:26
Oxunub 2010

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC qatarlarının maşinistləri qatar yoluna kənar əşyalar qoymaq səbəbindən 37 dəfə təcili tormozlama ediblər.
Bu barədə Avtosfer.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.
Hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub.
Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar.
ŞƏRH YAZ














