Banner

Dəmir Yolunun işçi qatarları Həkəri stansiyasına kimi hərəkət edir - VİDEO

Xəbərlər 14 Fevral 2024 19:17 Oxunub 728
Dəmir Yolunun işçi qatarları Həkəri stansiyasına kimi hərəkət edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

3 il əvvəl fevralın 14-də ölkə başçısı İlham Əliyev tərəfindən təməli qoyulmuş Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i uğurla tamamlanıb. Avtosfer.az xəbər verir ki, hazırda ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər.

Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 47 körpü, 30 avtomobil keçidi, 3 qalereya və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.

3-cü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh