Dəmiryolu əlaqəsinin bərpasıyla bağlı İrəvandan etiraf

Xəbərlər 28 Mart 2021 16:04 Oxunub 684
Dəmiryolu əlaqəsinin bərpasıyla bağlı İrəvandan etiraf
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrəvanda etiraf ediblər ki, hazırda Azərbaycanla dəmiryolu əlaqələrinin bərpa olunması barədə rəsmi Bakı ilə danışıqlar aparılır.  

Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan bunu yaxın illər ərzində ölkəsinin iqtisadi inkişafı üçün əlverişli fürsət kimi dəyərləndirib.

O, qeyd edib ki, burada söhbət sovet dövründə Tavuş vilayətini Azərbaycanla birləşdirən İcevan-Qazax-Bakı dəmiryolundan gedir.  

“Hələ ki, bu istiqamətin açılması barədə yekun qərar yoxdur. Yolun bəzi hissələrinin bərpa olunmasına ehtiyac var. Bu səbəbdən hazırda ilkin araşdırma işləri aparılır”, - deyə qubernator “Sputnik Armenia”ya bildirib.

O, əlavə edib ki, sözügedən xətt Yuxarı Lars dəmiryoluna alternativ olacaq.

A.Çobanyan bildirib ki, tərəflər avtomobil yollarının açılışını da müzakirə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh