Deputatdan ETİRAZ: “Yanacağı dövlət ayırır, aviabilet qiymətləri niyə artırılmalıdır?”
Xəbərlər
17 İyun 2022 15:29
Oxunub 1040

“Yanacağı dövlət ayırır, hər şeyi dövlət verir, qiymətlər niyə artırılmalıdır?”
Avtosfer.az xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.
Deputat qeyd edib ki, Azərbaycanda hava nəqliyyatı üzrə biletlər region ölkələrindən 4-5 dəfə bahadır:
“Bu yaxınlarda mən xaricə uçurdum, iki yoldaş idik. Bizdən 5-6 manat pul aldılar ki, sizi yanaşı oturdaq, aparıb çıxardılar təyyarənin qanadına. Sonra da deyirlər ki, kommersiyadır, istəmirsən başqası ilə uç. Hardan uçaq, qanad çıxaraq, onunla uçaq? Bizim başqa şirkətimiz var?”, - deyə deputat əlavə edib.
Bizim.Media
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













