Deputatlara YENİ QADAĞA: Yanvardan “Lada” sürəcəklər
Xəbərlər
22 Dekabr 2023 23:27
Oxunub 814

Yanvarın 1-dən Rusiya Dövlət Duması deputatların yerli istehsal olan avtomobillərə və ya Sənaye və Ticarət Nazirliyinin tövsiyə etdiyi xarici markalara keçmədiyi təqdirdə onların yanacaq xərclərini ödəməyəcək.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya"ya aşağı palatadakı mənbələr məlumat verib və bunu deputatların özləri də təsdiqləyiblər.
"Əgər təklif olunan avtomobillərdən istifadə etməyə razı olmasalar, yanacaq pulunu öz hesablarına ödəməlidirlər", - məlumatda qeyd olunub.
Qeyd edək ki, növbəti ilin yanvarın 1-dən deputatlar "Lada", UAZ, "Aurus", "Evolute", "Moskviç", "Haval" markalı avtomobillərə keçməli olacaqlar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













