Banner

DİM taksi sürücülərinin imtahanı ilə bağlı detalları açıqladı - 1704 nəfər qeydiyyatdan keçib

Xəbərlər 8 Dekabr 2025 14:36 Oxunub 168
DİM taksi sürücülərinin imtahanı ilə bağlı detalları açıqladı - 1704 nəfər qeydiyyatdan keçib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün dekabrın 9-da növbəti imtahan keçirəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Belə ki, imtahanda iştirak etmək üçün 1704 nəfər qeydiyyatdan keçib.

Qeyd edilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək.

Belə ki, imtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh