Banner

DİN: "216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb" - VİDEO

Xəbərlər 23 Oktyabr 2021 13:28 Oxunub 736
DİN: "216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 75 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, monitorinq 67 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

"Analoji tədbirlər polis və digər dövlət qurumları tərəfindən mütəmadi olaraq davam etdiriləcək. Şənlik mərasimlərinin təşkilatçılarını, eləcə də ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq", - DİN-dən bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh