Banner

DİN Bakıda körpəsini soyuqda donduran qadınla bağlı TƏDBİR GÖRDÜ

Xəbərlər 23 Fevral 2024 17:51
DİN Bakıda körpəsini soyuqda donduran qadınla bağlı TƏDBİR GÖRDÜ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Nəsimi rayonu, Rəsul Rza küçəsində körpəsini soyuqda donduraraq, dilənən qadın barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:

“Polis əməkdaşları tərəfindən aşkarlanmış, dilənçiliyi həyat tərzinə çevirərək soyuq hava şəraitində azyaşlını yanında saxlamaqla onun sağlamlığını təhlükəyə atan şəxslə bağlı da qanunamüvafiq tədbirlər görülüb”.

***

Bakıda qadın körpəsi ilə dilənir. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Belə ki, qadın bütün günü alış-veriş mərkəzlərinin birinin qarşısında körpəsini soyuqda dondurur. 

Ətrafda olan şəxslər qadının qucağındakı uşağın hər zaman yatdığını bildiriblər.

Uşağın xüsusi dərmanla yatırıldığını iddia ediblər. 

(oxu.az)

Oxunub 600
ŞƏRH YAZ
Ad

E-mail

Şərh