DİN Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib: “Qadağandır”
Xəbərlər
3 Mart 2021 10:45

Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib.
E.Zahidov vurğulayıb ki, həmin şəxslərlə profilaktik söhbət aparılıb və sərbəst buraxılıb:
“Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin mərkəzində quzu gəzdirmək olmaz”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları Polis Bölməsinə aparıb.
Oxunub : 1676
DİGƏR XƏBƏRLƏR
1 Aprel 2026 16:41
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
31 Mart 2026 15:48
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
31 Mart 2026 13:44
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
31 Mart 2026 12:44
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
31 Mart 2026 10:48
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
29 Mart 2026 13:36
Bu yolda sürət həddi bərpa edildi
28 Mart 2026 22:24
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
28 Mart 2026 13:24
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
27 Mart 2026 13:42
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
25 Mart 2026 13:06
Bu yolda sürət həddi endirildi - FOTO
23 Mart 2026 18:13
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
23 Mart 2026 09:13
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
ŞƏRH YAZ










