Nazir polkovnik-leytenanta yeni vəzifə verdi TƏYİNAT
Xəbərlər 8 May 2021 10:30 Oxunub 2780
Nazir polkovnik-leytenanta yeni vəzifə verdi TƏYİNAT

Lənkəran Şəhər Polis Şöbəsində yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə, o, Lənkəran Şəhər Polis Şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh