Banner

Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı

Xəbərlər 9 Fevral 2022 19:10 Oxunub 1790
Salfetin içində narkotik satılması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin şöbə müdir, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, məsələ dərhal nəzarətə götürülərək araşdırılıb. "Polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub. O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub.

İddialarla bağlı araşdırmalar davam etdirilir", - deyə E. Hacıyev qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh