DİN-dən ərin arvadını hərəkətdə olan maşından atması barədə AÇIQLAMA
Xəbərlər
9 Avqust 2021 12:23
Oxunub 1678

Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib. DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb: “Hadisə Quba rayonu ərazisində baş verib. Faktla bağlı Tərəflər arasında yaranmış mübahisənin təfərrüatları müvafiq qaydada araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













