DİN-dən polis rəisinin rüşvət alması iddialarına REAKSİYA - FOTO

Ötən gün sosial şəbəkələrdə Ağcabədi polis rəisinin qaziləri incitdiyinə, hətta qazidən 400 manat rüşvət aldığını iddia edən məlumatlar yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-nin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev iddiaların əsassız olduğunu bildirib:
“Qərəzli olaraq polisə rüşvət verdiyini iddia edən Ağcabədidə yaşayan şəxsdən bir nəfər soruşmur ki, dəfələrə edilən xəbərdarlıqlara baxmayaraq, müvafiq tibbi təhsili olmayan şəxs stomatoloji xidmət göstərə bilərmi?
Rayon mərkəzində yerləşən evinin qarşısında qanunsuz olaraq, karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, sanitar-gigiyenik qaydalara əməl etmədən stomatoloji xidmət – “Diş Həkimi” kimi fəaliyyət göstərən şəxsə polis tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, pandemiya şəraitində onlarla şəxsə eyni vaxtda tibbi xidmətlər göstərməsi müəyyən olunub.
Sonuncu dəfə yanvarın 3-də tibbi qaydalara, müvafiq qoruyucu vasitələrdən istifadə etmədən bir azyaşlının dişini çəkərkən aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunub və həmin şəxs cəriməni yanvarın 7-də ödəyib. Lakin onu polisə verdiyi rüşvət kimi dəyərləndirir.
Göstərilənləri nəzərə alaraq, Vətən Müharibəsində sanitar kimi xidmət etdiyini vurğulayan şəxs, onun qanunsuz əməllərinə göz yumulmasını, pandemiya şəraitində fəaliyyətinə icazə verilməsini istəyir.
Görünən odur ki, sosial şəbəklərdə yayılan məlumatlar tam əsassızdır, vətəndaşa qarşı heç bir qanunsuz tədbir tətbiq olunmayıb”.
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...










