DİN-dən vətəndaşlara MÜRACİƏT
Xəbərlər
10 Noyabr 2020 04:30
Oxunub 800
“Bu gün - noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi paytaxt Bakı ilə yanaşı, respublikamızda böyük sevinclə qarşılanıb. Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk”.
Bu sözlər Daxili İşlər Nazirliyinin müraciətində yer alıb.
“Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyət rejiminin və koronavirus infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq.
İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edəcəksiniz”, - müraciətdə qeyd edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR