DİN-dən Xaçmazda kənd sakinlərinin toplaşması ilə bağlı AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə Xaçmaz rayonunun Qımıl kəndinə gedən yolun yararsız vəziyyətdə olması ilə əlaqədar bir qrup kənd sakininin həmin əraziyə toplaşması ilə bağlı məlumat yayılıb.
Belə ki, hadisə ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə gəliblər.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinə sorğu ünvanladıq.
DİN-in Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə kənd sakinləri sosial problemləri ilə bağlı toplaşıblar:
"Sakinləri narahat edən problemləri dinləmək məqsədilə Xaçmaz Rayon İcra başçısının müavini Bəxtiyar Osmanov və Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini, polis kapitanı Vüqar Orucov həmin ərazidə olublar. Sakinlərin şikayətləri dinlənilib və həlli istiqamətində onlarla profilaktik söhbət aparılıb.
Daha sonra əraziyə toplaşan sakinlər ərazini tərk edərək yaşayış yerlərinə geri qayıdıblar. Qeyd edirik ki, bu zaman heç bir asayişin pozulması hallarına yol verilməyib".
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI











