DİN: “Hər gün komendant saatını pozanlar olur” - AÇIQLAMA

Xəbərlər 3 Noyabr 2020 14:50 Oxunub 1638
DİN: “Hər gün komendant saatını pozanlar olur” - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin əməkdaşları hərbi vəziyyət və komendat saatının tələblərinə riayət edilməsilə bağlı nəzarət tədbirlərini davam etdirir.

Avtosfer.az-ın məlumatına görə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, nəzarət zəmanı əsas məqsəd insanların cərimlənməsi deyil, qaydalara riayət edilməsinə təşviq etməkdir:

“Bu baxımdan hər gün komendant saatını pozan vətəndaşlarımız olur. Onlarla söhbət aparılır. Amma təbii ki, komendant saatına bilərəkdən riayət etməyən vətəndaşlarımız qanunamüvafiq qaydada cərimələnirlər”.

E.Zahidov hərbi vəziyyətin tələblərini pozan vətəndaşların dəqiq sayı barədə açıqlama verməyib.

Xatırladaq ki, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, YevlaxMingəçevirNaftalan şəhərlərində, Abşeron, CəbrayılFüzuliAğcabədiBeyləqan, Ağdam, BərdəTərtərGoranboyGöygölDaşkəsənGədəbəyTovuzŞəmkirQazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh