DİN-in Baş Muhafizə İdarəsində Heydər Əliyevin ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Daxili İşlər Nazirliyinin Baş Muhafizə İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan DİN Baş Muhafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıb. N.Məmmədxanlı həmçinin ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək onun irsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
Tədbirdə iştirak edən professor, tarix elmləri doktoru Nuru Məmmədov və Ələmdar Şahverdiyev çıxışlarında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini, müasir gənclik tərəfindən ulu öndərin siyasi irsinin daha dərindən öyrənilməsini və gələcək nəsillərə ötürülməsini xüsusi vurğulayıblar. Həmçinin ümummilli liderin parlaq ideyalarının davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərin tarixə qızıl hərflərlə həkk olunduğu da qeyd edilib.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümaiş etdirilib.
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı













