DİN: Keçirilən əməliyyatlarla 8 kq narkotik dövriyyədən çıxarılıb

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 305 qram heroin, yaşadığı mənzildən isə 1 kiloqram 831 qramdan artıq heroin, 2 kiloqram 72 qramdan artıq metamfetamin, 256 qramdan artıq tiryək və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini Q.Həmidli Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram heroin, 460 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Bundan başqa, Daşkəsən polisi tərəfindən keçirilən əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş A.Orucov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 26 qramdan artıq, yaşadığı evin həyətinə baxış zamanı isə 1 kiloqramdan artıq marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı










