Banner

DİN: Polisə müqavimət göstərən aksiya iştirakçısı inzibati qaydada həbs edilib

Xəbərlər 20 İyul 2022 20:43 Oxunub 1404
DİN: Polisə müqavimət göstərən aksiya iştirakçısı inzibati qaydada həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib. Qeyd edilib ki, o, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh