DİN QHT nümayəndələrini təltif etdi - FOTO

Dekabrın 17-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının nümayəndələri ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun salamlarını tədbir iştirakçılarına çatdıraraq insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılması üçün çox ciddi vəzifələrin qarşıya qoyulduğunu bildirib.
H.Aslanov Baş İdarənin 2021-ci il ərzində gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, il ərzində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 156, məcburi əməklə bağlı 3, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 43 cinayət qeydə alınıb ki, bu cinayətlərin açılması 98 faiz təmin olunub.
O, 2020-2024-cü ili əhatə edən Milli Fəaliyyət planı haqqında danışaraq qeyd edib ki, əvvəlki illərdə olduğu kimi bu fəaliyyət planında da Baş İdarənin maarifləndirmə işlərində QHT-lərlə geniş əməkdaşlıq edilib, eyni zamanda ötən dövrlərdə olduğu kimi DİN-in rəhbərliyinin QHT Koalisiyasının üzvlərinə göstərmiş olduğu diqqət və qayğı növbəti illərdə davam edəcəkdir.
İclasda Koalisya üzvləri çıxış edərək dövlətimizin insan alverinə qarşı mübarizə sahəsində apardığı fəaliyyətin əhəmiyyətindən danışaraq məmnunluqla qeyd ediblər ki, bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə QHT Koalisiyası arasında olan əməkdaşlıq yüksək səviyyədədir.
İnsan alveri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi və insan alveri qurbanlarının reabilitasiyası işlərində fəal iştirak etdiklərinə görə Koalisiyasının nümayəndələrinə diplomlar və mükafatlar təqdim olunub.
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ















