DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"

"Bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək".
Bunu Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.
O qeyd edib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: “Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib.
Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram”.
Z.Hüseynov onu da vurğulayıb ki, ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcək.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











