DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi - FOTO

Daxili İşlər Nazirliyi yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramı elan edir.
DİN-dən Avtosfer.az-a bildirilib ki, proqram çərçivəsində Nazirliyin dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi üzrə 200 nəfərin təlimi nəzərdə tutulur.
Təqaüd proqramına seçilən iştirakçıların 4-8 ay müddətini əhatə edəcək təlim xərclərinin 60 faizi DİN tərəfindən qarşılanacaqdır.
Proqram, Daxili İşlər Orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və tədrisi uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradacaq.
Məqsəd, müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin hazırlanması və DİN-in kadr potensialının gücləndirilməsidir.
DİN yüksək texnologiyalar sahəsində xidmətə maraqlı olan gəncləri təqaüd proqramına qoşulmağa dəvət edir.
Əlavə məlumat üçün rəsmi müraciət ünvanları:
Əlaqə: +99410 333 23 24
+99410 333 23 26
E-mail: [email protected]
Web: www.idtech.edu.az
Qeydiyyat: https://forms.gle/p9qkMr7G95iyqAPQ6
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR











