Banner

DİN Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib

Xəbərlər 10 Sentyabr 2022 18:35 Oxunub 1008
DİN  Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov bildirilib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:

"Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib".

Qeyd edək ki, Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib. Sakinlərin sözlərinə görə, bir müddət əvvəl "Tik-Tok" sosial şəbəkəsində naməlum şəxs (və ya şəxslər) tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşıb, təhqir olunublar: "17 iyun 2022-ci il tarixdə 27 nəfər Ucar sakininin imzası ilə şikayət ərizəsi yazaraq Ucar Rayon Polis Şöbəsinə müraciət etmişik. Artıq bu şantajın əlliyə yaxın qurbanı (zərəçəkən) var".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh