DİNİB yeni layihəyə start verdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) Bakı şəhərində yerləşən müxtəlif universitetlərdə təhsil alan və paytaxtın rayonlarında yaşayan sakinlər, yeniyetmə və gənclər arasında Azərbaycanın tarixən milli – mənəvi dəyərlərlərə bağlı olduğunu tarix və məkan olaraq təbliğ etmək, qloballaşma dövründə milli – mənəvi dəyərlərimizin qorunub saxlanılması və bu istiqamətdə maarifləndirilmə işinin aparılmasına öz töhfəsini verməkdir.
İki ay davam edəcək layihədə qloballaşma dövründə milli – mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği ilə bağlı yeniyetmələrin, tələbə - gənclərin və vətəndaşların iştirakı ilə Bakı şəhərində müxtəlif konfransların və tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, təşkilatın məqsədi layihə çərçivəsində dövlətin bu yöndə siyasətinə ictimai birlik olaraq töhfə vermək, ictimaiyyət arasında maarifləndirmə işlərini apararaq Azərbaycanın qloballaşma dövründə milli – mənəvi dəyərlərlərə bağlı və multikultural bir ölkə kimi milli – dini icmaların birgə yaşayışının praktik faydalarını təbliğ etməkdir.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











