Banner

Diplomatların ailələri İranı tərk edir

Xəbərlər 13 Aprel 2024 18:39
Diplomatların ailələri İranı tərk edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.

Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.

Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrinə çağırış edib.

Oxunub 808
ŞƏRH YAZ
Ad

E-mail

Şərh