Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət etdi - VİDEO

Xəbərlər 7 May 2021 11:47 Oxunub 952
Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qarşıdan gələn bayramlarla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 10, 11, 12 və 15 may tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Bunu DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi Avtosfer.az-a bildirib.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh