Banner

Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini təqdim edir - VİDEO

Xəbərlər 28 Dekabr 2022 16:18 Oxunub 1112
Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini təqdim edir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin istifadəyə verdiyi yeni elektron xidmət hava nəqliyyatı vasitəsilə səyahətləriniz zamanı gömrük sərhədlərini daha asan və sürətli keçməyinizə şərait yaradacaq.

Sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidməti vasitəsilə xaricə apardığınız və ya gətirdiyiniz malları artıq öncədən internetə çıxışı olan istənilən məkandan e.customs.gov.az portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilərsiniz.

Yeni xidmət valyuta və nəqliyyat vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.

Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən xarici vətəndaşlar da istifadə edə bilərlər.

Yeni elektron xidmət sərnişinlərin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, rahatlığın, şəffaflığın və məmnunluğun artırılmasına şərait yaradacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh