Dövlət Komitəsindən mina təhlükəsinə həsr olunmuş yeni maarifləndirici VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri kimi müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu istiqamətdə görülən işlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursat təhlükəsi hələ də mövcudluğunu saxlayır.
Təhlükənin aradan qaldırılması məqsədilə ərazilərdə genişmiqyaslı təmizləmə tədbirləri aparılır, paralel olaraq əhalinin maarifləndirilməsi davam etdirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirdiyi maarifləndirmə və təbliğat işlərinin tərkib hissəsi olan növbəti videoçarx əhalini mina təhlükəsinə qarşı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə hazırlanan videoçarx işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinə dair ictimai məlumatlılığın artırılmasına xidmət edir.
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO











