Banner

Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR

Xəbərlər 8 Mart 2022 16:00 Oxunub 2004
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azerbaijan Energy Regulatory Agency

Daxili audit və nəzarət şöbəsinə böyük mütəxəssis

Son tarix 06 apr 2022 - [email protected]

Vəzifə öhdəlikləri:

  • İllik Audit Planına uyğun olaraq audit layihələrinə rəhbərliyin edilməsi;
  • Audit layihələri üzrə iş proqramlarının hazırlanmasında iştirak və müəyyən edilmiş audit prosedurlarının həyata keçirilməsi;
  • Risklərin idarəedilməsi medotologiyasının tətbiqinin və effektivliyinin təhlili və qiymətləndirilməsi;
  • Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi; 
  • Daxili siyasət və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin təhlili və qiymətləndirilməsi;
  • Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların etibarlılığının və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
  • Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
  • Fəaliyyətlərin səmərəliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
  • Agentliyin aktivlərin qorunması vasitələrinin təhlili və qiymətləndirilməsi;
  • İdarə Heyətinin tapşırığı ilə xüsusi tədqiqatların həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
  • Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı; 
  • Risk idarəçiliyi və daxili nəzarət sistemlərinin təhlili və qiymətləndirilməsində yüksək səviyyəli səriştə; 
  • Korporativ İdarəetmə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklər;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Daxili Audit Standartlarına uyğun hesabatların hazırlanması və təqdim etmə bacarığı;
  • CIA, FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və ingilis dillərini səlis bilməsi.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 05 Aprel 2022-ci il;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis) qeyd edin.

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi - köməkçi mütəxəssis

Son tarix 01 apr 2022 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri  həll  etmək;
  • Agentlik tərəfindən təşkil olunan beynəlxalq tədbirlərin gündəlik, proqram və digər işçi sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında iştirak etmək;
  • Agentliyin rəsmi internet səhifəsi üçün kontentin, press-relizlərin Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə etmək; 
  • Gündəlik olaraq tənzimlənən sahəyə dair mətbuatda yayımlanan məlumatların monitorinqini aparmaq, 
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, filologiya ixtisasları üzrə);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Problemlərin həlli üzrə razılığın əldə olunması bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, ədəbi, ingilis dili - yüksək, rus dili – orta səviyyə.

İş şərtləri:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi – köməkçi mütəxəssis) qeyd edin.

Vakansiya üzrə müraciətin son müddəti: 31 Mart 2022-ci il.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh