“Azərbaycan Dəmir Yolları” QSC mal-qara saxlayanlara MÜRACİƏT ETDİ - VİDEO
Xəbərlər
11 Avqust 2023 18:39
Oxunub 888

Bu ilin ilk 6 ayında Azərbaycanda dəmir yolunda qatarın mal-qara ilə toqquşması ilə nəticələnən 16 hadisə baş verib.
‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-dən Avtosfer.az-a verilən məlumata görə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.
“Bu il dəfələrlə heyvanların qatar yoluna çıxması halları yaşanıb. İlin ilk 6 ayında baş verən 16 hadisə isə toqquşma ilə nəticələnib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, belə toqquşmalar nəticəsində qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır və texniki heyətin və sərnişinlərin həyatı təhlükə altına düşür.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













