Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri bu gün Bakıda "Ana harayı" abidəsini ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, həmçinin baş prokuror Kamran Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət naziri Adil Kərimli, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və rəhbərlik etdikləri qurumların əməkdaşları Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər.
***10:24
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri "Ana harayı" abidəsini ziyarət edirlər.
Avtosfer.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və rəhbəri olduqları qurumların nümayəndələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər.
***
Dövlət və hökumət rəsmilərinin "Ana harayı" abidəsini ziyarəti davam edir.
Avtosfer.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli və rəhbərlik etdikləri qurumların əməkdaşları abidə önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini yad ediblər.
***
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri "Ana harayı" abidəsini ziyarət edirlər.
Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov, baş nazirin müavinləri Şahin Mustafayev, Yaqub Eyyubov, Samir Şərifov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və müavini Mədət Quliyev, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və rəhbərlik etdikləri qurumların əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi










