DSX-nin mayoruna hücum edən idmançılara AĞIR İTTİHAM

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalovla insidentdən sonra həbs edilən kikboksçuların ittihamı ağırlaşdırılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ibtidai istintaq zamanı toplanmış sübutlar nəticəsində təqsirləndirilən şəxslər - Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun əməlində ağır cinayət tərkibi müəyyən olunub.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq) maddəsindən əlavə, eyni məcəllənin daha ağır - 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə yeni ittiham elan edilib. İdmançılar təqsirli bilinəcəkləri halda 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Məlumatı təqsirləndirilən şəxslərdən birinin vəkili Yusif Seyfəlov saytımıza təsdiq edib.
Yaxın günlərdə iş üzrə məhkəmə araşdırması başlanacaq.
Qeyd edək ki, bu ilin yanvarında Xətai rayonunda baş verən hadisə zamanı bir qrup idmançı kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalov və onunla birlikdə olan şəxsə hücum edib. Hadisə nəticəsində sonuncunun ağır xəsarət aldığı bildirilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










