DTX-dən ƏMƏLİYYAT - İcra başçısı saxlanıldı - YENİLƏNİB

Qax Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin bəzilərinin adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, icra başçısının birinci müavini Elbrus Tağıyev, başçının köməkçisi Cəlil Cəlilov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rahib Nəzirli, Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov, icra başçısının sürücüsü Kamran Orucov və digər vəzifəli şəxslər saxlanılıblar.
***15:11
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Avtosfer.az xəbər verir ki, icra başçısı Musa Şəkiliyevlə birlikdə müavinləri Elbrus Tağıyev və Vəfa Heydərova da saxlanılıb.
Hazırda saxlanılan şəxslər Bakıya gətirilir.
***14:53
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Avtosfer.az News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










