DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində QƏRAR

Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Qeyd edək ki, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
O, sözügedən əməllərdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.
Mirədalət Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.
Sürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO
Bakıda daha bir ərazidə söküntü başlayır - Tunel tikiləcək - VİDEO
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Yolda məhdudiyyət tətbiq edildi; bu küçələrdə sıxlıq yarandı
Müğənni Dəniz Əsədova hakim qarşısında - FOTO
Aqşin Fatehin restoranında saxta viski satılırmış - FOTOLAR
İlham Əliyev Əbu-Dabidəki mərasimdən görüntülər paylaşdı - VİDEO
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR










