Dünyaca məşhur aktyor İstanbulda balıqçı gəmisində yaşayacaq - FOTO
Xəbərlər
18 Mart 2022 15:49
Oxunub 1960

Dünyaca məşhur fransız kino aktyoru Jerar Depardye həyatı ilə bağlı verdiyi yeni qərarları açıqlayıb.
Avtosfer.az xəbər verir ki, 2013-cü ildə Rusiya vətəndaşlığını alan 73 yaşlı məşhur fransız aktyor Jerar Depardye bundan sonra Türkiyə və Dubayda daha çox vaxt keçirmək istədiyini açıqlayıb.
Gerard Depardye daha dinc bir həyat yaşamaq istədiyini və dincliyi dalğalarda yelkənlə tapacağına ümid etdiyini bildirib.
İki böyük balıqçı gəmisi aldığını dilə gətirən məşhur ulduz, "Biri Dubaydadır, İstanbulda ton balığı ovu üçün istifadə edilən gəmimi isə mənzilə çevirdim" deyib.
Film çəkmək üçün Fransaya gedəcəyini, lakin doğulduğu ölkədə yaşamaq istəmədiyini bildirən Depardye Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını da bildirib.

- "Ölkə.Az"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













