Dünyanın ən çirkli havası olan ŞƏHƏRİN ADI məlum oldu

Dünyanın ən çirkli havası olan şəhərin adı açıqlanıb.
Havası ən çirkli şəhərlərin reytinqinə Vyetnamın Hanoyu başçılıq edir.
Qeyd edək ki, çirklənmə göstəricisi 50-dən çox olmadıqda hava təmiz sayılır
Hanoyda isə çirklənmə səviyyəsi 186 bala çatıb.
Reytinqdə ikinci yeri İranın paytaxtı Tehran tutub. İlk üçlüyü Çinin Çendu şəhəri qapayıb.
Bir gün əvvəl Hanoyda qatı duman hökm sürüb. Duman soyuq və rütubətli hava səbəbindən yaranıb.
Yol tozları, işlənmiş qazlar və digər çirkləndiricilər yerin səthində qalır və daha yüksəklərə qalxa bilmir.
Rəsmi məlumatlara görə, Hanoyda səkkiz milyon avtomobil qeydiyyatdan keçib.
Vyetnam paytaxtında havanı çirkləndirən tullantıların üçdə birini onlar təşkil edir.
Sənaye müəssisələri də ətraf mühitə eyni dərəcədə ziyan vurur.
Fevral ayında şəhər səhiyyə işçiləri sakinlərə maska taxmağı və açıq hava fəaliyyətini məhdudlaşdırmağı tövsiyə edib. (Yenicag.az)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











