Banner

Dünyanın ən varlı iş adamlarından birinin lüks yaxtası Marmarisdə - VİDEO

Xəbərlər 27 Avqust 2023 22:40 Oxunub 892
Dünyanın ən varlı iş adamlarından birinin lüks yaxtası Marmarisdə  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Muğla vilayətinin Marmaris şəhərində “Mayan Queen 4” lüks yaxtası görüntülənib.

Kayman adaları bayrağı altında üzən 93 metrlik yaxta “Marmaris Cruise Port” limanına yanaşıb.

Dünyanın ən zəngin meksikalı iş adamları arasında yer alan Alberto Bailleres Qonzalesə məxsus olduğu bildirilən dördmərtəbəli “Maya Queen 4” super lüks yaxtası yerli və xarici turistlərin marağına səbəb olub.

Yaxtanın iki günlük liman səfərinə gəldiyi məlum olub. İki gün sahildə qalacaq yaxtanın daha sonra turuna davam edəcəyi bildirilib.

Dünyada azsaylı lüks yaxtaları arasında yer alan bu yaxtanın 2008-ci ildə Almaniyanın Hamburq şəhərində inşa edildiyi öyrənilib.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh