Düşmən Azərbaycan təbiətinə böyük ziyan vurub - AÇIQLAMA - VİDEO
Xəbərlər 23 Oktyabr 2020 23:10 Oxunub 256
Düşmən Azərbaycan təbiətinə böyük ziyan vurub - AÇIQLAMA  - VİDEO

Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan həmin ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda, Azərbaycan Respublikasının "Qırmızı kitab"larına salınıb. Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur.

V.Kərimov qeyd edib ki, respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh