DYP-dən son 7 ayda tutulan "avtoşlar"la bağlı AÇIQLAMA - VİDEO

Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, bu təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq.
Təkcə cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb və məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib.
Lakin, konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar.
Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirməklə yanaşı, bir daha avtoxuliqanlığa meyilli olan şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli olan davranışlardan çəkinməyə, gənc nəsilə faydalı əməllərlə örnək olmağa cağırır.
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır











